Mayın 20-dən 22-dək “Krokus Expo” BSM-də keçirilən HeliRussia 2021,14-cü Beynəlxalq Helikopter Sənayesi Sərgisində helikopterlərin distibyutorluq bazarında və satışdan sonrakı texniki dəstəyində əsas oyunçulardan biri olan Exclases Group AW139-u təqdim etdi. Bu orta iki mühərrikli helikopterin tayı – bərabəri olmayan xüsusiyyətlərini zamanın özü, alıcıların tələbatı və seçimi yoxlamışdır – onun ilk uçuşundan 20 il keçmişdir. AW139 helikopterlər bazarında ən yeni və populyar işləmələrdən biri olaraq qalır, üslubun və rahatlığın ən yüksək standartlarına cavab verir. Helikopter öz sinfində olan ən geniş kabinə və baqaj bölməsi ilə təchiz olunmuşdur. AW139-da tətbiq olunan bütün haşiyə vurma materialları dünyanın ən yaxşılarındandır, vibrasiya və səs-küy səviyyəsnin həddindən artıq aşağı olması isə rahatlığın ən yüksək səviyyəsini yaradır. Statistikanın göstərdiyi kimi, VİP komplektləşdirməsində AW139, özəl və korporativ daşımalar seqmentində ona ən çox tələbat olan hala gəlmişdir.

 

Təxminən 10 ilə yaxındır ki, AW139 helikopterləri Rusiyada təsisçiləri Leonardo Helicopters və “Rusiyanın Helikopetrləri” holdinqi olan HeliVert Rusiya-İtaliya müştərək müəssisəsində istehsal olunur. İstehsalın lokalizasiyası Rusiya və MDB – dən olan onlarla sifarişçilərə xərclərin hələ alış mərhələsində optimallaşdırılmasına kömək etmişdir: AW139 – idxal rüsumundan azad edilmiş öz sinfində yeganə xarici helikopterdir. Rusiyada bu istehsalçının helikopterlər parkının artırılması üçün digər ilkin şərtlər və perspektivlər haqqında Exclases Group, HeliRussia 2021-in işgüzar proqramı çərçivəsində danışdı. 2021 – ci ildə sərginin iştirakçıları 10 000 nəfər oldu.