Model sırası
AW119Kx
ÖZ SINIFINDƏ ƏN GÜCLÜ VƏ GENIŞ HELIKOPTER
AW119Kx, müasir avionikası və geniş salonu olan, tətbiqdə universallığı təmin edən bütün PPP Stabdartlarına cavab verən ilk yüngül təkmühərrikli helikopterdir. Bütün dünyada operatorlar təkmühərrikli helikopterlər arasında maksimum səmərəliliyi, təhlükəsizliyi, əsas sistemlərin rezervlərini, habelə öz sinifində ən yaxşı istismar xüsusiyyətlərini və yükqaldırma qabiliyyətini qiymətləndirirlər.
Korporativ/VIP
Axtarış-xilasetmə və tibbi (EMS/SAR)
İctimai asayişi qorumaq üçün
Çoxməqsədli
AW109 Trekker
ISTƏNILƏN EHTIYACLARI ÖDƏMƏK ÜÇÜN YARADILIB
AW109 Trekker – müxtəlif sahələrdə ən mürəkkəb vəzifələrin yerinə yetirilməsi üçün mükəmməl həll yolu təmin etmək məqsədilə hazırlanmış yeni çoxməqsədli helikopterdir. Səmərəlilik əhəmiyyətli xarakteristikalar, yükqaldırma qabiliyyəti və geniş kabinə ilə təmin olunur ki, bu da müxtəlif vəziyyətlərə tez uyğunlaşmağa imkan verir. Helikopter öz sinifində ən yaxşı yükqaldırma qabiliyyəti, üstün məsafəni qət etmə və məhsuldarlıq tələb edən çoxsaylı vəzifələr üçün idealdır.
Korporativ/VIP
Axtarış-xilasetmə və tibbi (EMS/SAR)
İctimai asayişi qorumaq üçün
Çoxməqsədli
AW109 GrandNew
APARICI XÜSUSIYYƏTLƏRI VƏ IMKANLARI OLAN PREMIUM-SINIF HELIKOPTER
AW109 GrandNew – öz sinifində ən yaxşı xarakteristikalara – sürət, faydalı yükgötürmə, mükəmməl istismar adaptivliyi, həmçinin qabaqcıl naviqasiya texnologiyaları və vəziyyət məlumatlılığı sayəsində yüksək təhlükəsizliyə malik olan müasir yüngül ikimühərrikli helikopterdir. Istənilən şəraitdə işləmək üçün yaradılmış, AW109 GrandNew ən geniş spektrli vəzifələrin uğurla yerinə yetirilməsi üçün uyğundur.
Korporativ/VIP
Axtarış-xilasetmə və tibbi (EMS/SAR)
İctimai asayişi qorumaq üçün
AW169
İSTƏNİLƏN ISTISMAR ŞƏRAITINDƏ ÖZ SINIFINDƏ ƏN YAXŞI SƏMƏRƏLİLİK
AW169 – AWFamily ailəsinə daxil olan sonuncu nəsil 4,5 t kateqoriyalı ikimühərrikli helikopterdir. Yüksək səmərəlilik, uçuş məsafəsi və təhlükəsizlik hətta ən çətin şəraitdə belə iş qabiliyyətini təmin edir. Öz sinifində özünəməxsus köməkçi güc qurğusu (KGQ) söndürülmüş mühərriklərlə işləməyə hazır olma rejimini və yerdə yüksək təhlükəsizliyi təmin edir.
Korporativ/VIP
Axtarış-xilasetmə və tibbi (EMS/SAR)
İctimai asayişi qorumaq üçün
Dəniz qazma platformalarına xidmət üçün
Çoxməqsədli
AW139
ƏN ÇƏTIN ŞƏRTLƏRDƏ ƏN YAXŞI PERFORMANS
2019-cu ilin sentyabrında Leonardo şirkəti tarixi nailiyyəti – 1000-ci AW139 helikopterinin tədarükünü qeyd etdi. AW139 helikopteri AWFamily ailəsinə daxildir və özünün mükəmməl xüsusiyyətləri, təsdiqlənmiş texnologiyaları və təhlükəsizliyi sayəsində çoxlu sayda tapşırıqları yerinə yetirə bilər. Geniş salon maksimum sürətlə 15-ə qədər sərnişin tutur, güc ehtiyatı isə öz sinifində bütün helikopterlər arasında ən yaxşısıdır.
Korporativ/VIP
Axtarış-xilasetmə və tibbi (EMS/SAR)
İctimai asayişi qorumaq üçün
Dəniz qazma platformalarına xidmət üçün
AW189
ORTA ÇƏKI KATEQORİYASINDA LIDER
AWFamily Ailəsinə mənsub olan AW189 (8,3/8,6 t) geniş spektrli tapşırıqların uğurla yerinə yetirilməsi üçün yüksək yükdaşıma qabiliyyəti və uçuş məsafəsini qabaqcıl texnologiyalarla birləşdirir. Helikopterin unikal xüsusiyyətləri – quraşdırılmış köməkçi güc qurğusu (KGQ) və baş reduktorun 50 dəqiqə ərzində yağsız işləmə qabiliyyətidir. Yeni Safran Aneto-1K mühərriki ilə təchiz olunmuş AW189 daha yüksək temperatur və daha artıq yüksəkliklər şəraitində helikopterin istismar imkanlarını genişləndirir.
Korporativ/VIP
Axtarış-xilasetmə və tibbi (EMS/SAR)
Dəniz qazma platformalarına xidmət üçün.