AW139
AW139 helikopteri orta sinif ikimühərrikli helikopterlərin ən yeni nəslinin nümayəndəsidir. Yüksək qənaətlilik göstəriciləri, üstün uçuş-texniki xarakteristikaları, tətbiqinin çoxfunksiyalılığı və misli-bərabəri olmayan etibarlılıq səviyyəsi. AW139 öz sinifinin ən geniş və ən rahat salonunda maksimal sürətlə 15 nəfərə qədər sərnişin daşıya bilir. Baqaj bölməsinə həm vertolyotun daxilindən, həm də xaricdə giriş mümkündür. AW139 günümüzün ən sərt tələblərinə uyğun yaradılaraq sertifikatlaşdırılıb və üstün məhsuldarlıq və təhlükəsizlik səviyyələrinə malikdir. Pratt & Whitney PT6C-67C mühərrikləri gücün və çəkinin ən yüksək nisbətini təmin edir ki, bu da “A” kateqoriyasının tələblərinə tam cavab verməyə və geniş şərait diapazonunda heç bir məhdudiyyət olmadan işləməyə imkan verir. Ən yeni avadanlıq AW139 helikopterinə tətbiq edilmişdir: Honeywell Primus Epic, tam inteqrasiya edilmiş bort avadanlıqları sistemi, 4 oxlu avtopilot, böyük LCD monitorlar. Tam buzlanma əleyhinə sistem bir seçim olaraq mövcuddur. Yeni layihələndirmə yanaşması nəticəsində AW139 helikopteri az sayda məhdud resurslu komponentlərdən istifadə edir. AW139 helikopterinin interyeri həm VIP/korporativ nəqliyyatın, həm də axtarış-xilasetmə və xüsusi əməliyyatların vəzifələrinə uyğun olaraq hazırlana bilər.
Korporativ/VIP
AW139 yüksək stil və rahatlıq standartlarına tam uyğundur. Helikopter öz sinfində olan ən geniş kabinə və baqaj bölməsi ilə təchiz olunmuşdur. AW139 helikopterində tətbiq olunan bütün səth tamamlama materialları dünyanın ən yaxşısıdır, ultra aşağı vibrasiya və səs-küy isə ən yüksək komfort səviyyəsini yaradır. VIP konfiqurasiyasında AW139 özəl/korporativ nəqliyyat seqmentində ən çox tələb olunan vasitədir.
Axtarış-xilasetmə və tibbi (EMS/SAR)
Böyük daxili həcm və AW139 helikopterinin kabinəsinə rahat giriş onu tibbi helikopterlər sinifində ən yaxşısı edir. Yastı döşəmə və tavan salonun yenidən konfiqrasiyası üçün kabinənin maksimum uyğunlaşmasını təmin edir. Salonun həcminin 8m3 həcmi 1,42 boyu olan tibb işçilərinin xəstələrin yanına sərbəst girişinə imkanı verir. Bir mühərrikdə uçuşlar, ehtiyat əsas sistemlər, çox böyük güc – bütün bunlar təhlükəsizlik göstəricilərini ən yüksək səviyyəyə çatdırır.
İctimai asayişin qorunması
AW139 helikopteri hüquq-mühafizə orqanları tərəfindən vəzifələrin yerinə yetirilməsi üçün yeni standart təyin edir. Helikopter bu çəki dərəcəsində bütün analoqlarından üstündür. Yüksək sürət, mükəmməl məhsuldarlıq və üstün uçuş-texniki göstəricilər, aşağı istismar xərcləri – bütün bunlar müsbət komponentlərin yalnız qısa bir siyahısıdır. Əlavə avadanlıqların təəssürat yaradan dəsti ən geniş spektrli problemləri həll etməyə imkan verəcək.
Dəniz qazma platformalarına xidmət üçün
Bir mühərrikdə işləmək imkanı, helikopterdə həyata keçirilə bilən təəssürat yaaradan uçuş məsafəsi – dəniz qazma platformalarına xidmət göstərmək üçün konfiqurasiyada AW139 helikopterinin fərqləndirici xüsusiyyətləridir. AW139 helikopteri ən sərt şəraitdə işləmək üçün idealdır. Maşın bir mühərrikdə uçuşunu davam etdirə bilər, kompleks buzlanmaya qarşı sistem sərnişin daşımalarını (15 nəfərə qədər) və hər hansı bir havada yüklərin daşınmasını həyata keçirməyə imkan verir.
AW139 / Avionika
- Uçuş parametrlərinin avtomatik qeydiyyatı sistemi
- Hava radarı
- 4 oxlu avtopilot
- HUMS (Health and Usage Monitoring System)
- Helicopter Operations Monitoring Programme (HOMP)
- NVG dəstək funksiyası
- Satcom Iridium satellite phone
- Hava yaxınlaşması xəbərdarlıq sistemi TCAS I Honeywell ( Bendix King KTA 970)
- FLIR
- Salonun qəza işıqlandırma sistemi (HEELS)
- Avtomatik axtarış mayakı ELT
- Moving map naviqasiya sistemi
- Qruntun yaxınlığı xəbərdarlıq sistemi (EGPWS)
- HF radiostansiyası
- Retranslyator radiostansiyası
- Uzaq məsafə radiostansiyası
AW139 / Texniki xüsusiyyətləri
Çəki xüsusiyyətləri | ||||
Maksimal uçuş çəkisi (daxili yükləmə) | 7 000 | kq | ||
Maksimum faydalı yükqaldırma (daxili) | 2 600 | kq | ||
Güc qurğusu (2 x Pratt & Whitney PT6C-67C) | ||||
Maksimum uçuş gücü (5 dəqiqə) | 2x 1 679 | a.g | ||
Maksimal davamlı güc | 2x 1 531 | a.g | ||
Sürətötürücü güc | ||||
Maksimum uçuş gücü (5 dəqiqə) | 2 200 | a.g | ||
Maksimal davamlı güc | 2 000 | a.g | ||
Yanacağın miqdarı | ||||
Standart | 1 254 | kq | ||
Əlavə çən | 400 | kq | ||
Ekipaj | ||||
Piilot / Sərnişinlər | 1-2 / 15 nəfərə qədər | |||
Uçuş-texniki xüsusiyyətləri (ISA, 6400 kq) | ||||
Maksimal texniki sürəti (S.L.) | 306 | km/s | ||
Qalxma sürəti (S.L.) | 10,87 | m/san. | ||
Yerin təsir zonasında havada asılma hündürlüyü | 4 682 | m | ||
Havada asılma hündürlüyü yerin təsir zonasından kənarda | 2 478 | m | ||
Praktik maksimal hündürlük | 6 096 | m | ||
Maksimum uçuş məsafəsi | 1 061 | km | ||
Maksimum uçuş müddəti | 5 saat 13 dəq. |
Texniki və istismar xüsusiyyətləri istehsalçı tərəfindən əvvəlcədən bildiriş verilmədən dəyişdirilə bilər.
Illüstrasiyaların tərkibində əlavə konfiqurasiyaya daxil olan və əlavə sertifikatlaşdırma tələb edən avadanlıq təsvir edilə bilər.
Əgər hər hansı bir sualınız yaranarsa, əks əlaqə formasından istifadə edin