1-13 sentyabrda “Vnukovo-3” biznes – aviasiya mərkəzinin ərazisində, Exclases Group-un ilk dəfə VIP-konfiqurasiyasında AW119Kx helikopterini Rusiya ictimaiyyətinə təqdim etdiyi Şərqi Avropanın ən böyük biznes aviasiya RUBAE 2019 sərgisi keçirildi. AW119Kx – əfsanəvi A119Koala-nın bazasında İtalyan istehsalçısı Leonardo Helicopters tərəfindən işlənib hazırlanmış yüngül helikopterlərin yeni nəsilidir.
Ən yeni AW119x – yüngül çəkidə çempiondur. O, dünyanın ən sürətli bir mühərrikli helikopteridir və öz dərəcəsində ən böyük salona malikdir – AW119Kx ölçülərinə görə iki mühərrikli AW109 ilə müqayisə edilə bilər. Bunun sayəsində AW119Kx – in bortunda rahatlıqla 6-7 sərnişin və ayrıca bölmədə yerbəyer olunan baqaj yerləşdirilir.