27 avqust – 1 sentyabr 2019-cu il tarixlərində keçirimiş 14-cü beynəlxalq aviasiya – kosmik salonda, Exclases Group, Leonardo Helicopters-in flaqman xəttində bestseller olan – VIP komplektləşdirməsində orta dərəcəli iki mühərrikli çoxməqsədli AW139 helikopterini təqdim etdi.
Özəl və korporativ daşıma seqmentində ən çox tələbata malik və üslubun və rahatlığın yüksək standartlarına tam olaraq cavab verən helikopterin daxili “özəyini” arzu edənlərin hamısı görə bilidi – MAKS – 2019-u 578 min 810 iştirakçılar və qonaqlar ziyarət etdilər.
Aviasalonun çoxsaylı işgüzar tərəfdaşlarına və qonaqlarına Exclases Group AW139-un transformasiyasının unikal imkanlarını nümayiş etdirdi – helikopterin geniş salonunda təcili yardım xidmətləri üçün avtonom dəsti qurmaq üçün lquraşdırmanı asanlıqla dəyişə bilərsiniz. Tibbi modul 3 ədədə qədər xərəyin yerləşdirilməsinə imkan verir və 5 nəfər həkimlərə tibbi avadanlıqlara və xəstələrə sərbəst girişini təmin edir.
AW139 bütün dünyada təcili tibbi yardımın göstərilməsində əvəzolunmaz köməkçiyə çevrildi və Rusiyada analoji boşluqda lider mövqeni tuta bilər.