MAKS-2013 beynəlxalq aviakosmik salonunda Rusiya yığılması olan AW139 helikopterinə hökumətin nümayəndə heyəti baxış keçirdi. Onun tərkibinə Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, müdafiə naziri Sergey Şoyqu, hökumətin hərbi-sənaye komissiyasının sədri Dmitri Roqozin və digər rəsmi şəxslər daxil oldular.
MAKS-də təqdim edilmiş maşın – Moskva yaxınlığındakı Tomilinoda “Rusiya Helikopterləri” holdinqi və İtaliyanın AgustaWestland şirkətinin müştərək müəssisəsi olan – HeliVert zavodunda yığılmış artıq ikinci AW139-dur.
MAKS – 2013 aviasalonunda Exclases Group şirkəti Rusiya ictimaiyyətinə ilk dəfə olaraq – dörd gün ərzində statik ekspozisiyada nümayiş etdirilmiş və bir neçə nümayiş uçuşlarını yerinə yetirmiş özünün ən böyük helikopterini – AW101 VVIP – ni göstərmişdir.