2011-ci il avqustun 16-dan 21-dək keçirilmiş MAKS-2011 Beynəlxalq aviakosmik salonu çərçivəsində Exclases Holdings şirkəti AgustaWestland şirkətinin istehsalı olan iki helikopteri – VIP – komplektasiyasında ikimühərrikli AW139-u və birmühərrikli GrandNew helikopterini təqdim etdi.
MAKS – 2011-in işində Rusiya hökumətinin üzvləri, Federal nazirliklərin, xidmətlərin, agentliklərin və idarələrin rəhbərləri, KİV nümayəndələri, aviasiya və kosmik texnikasının baş və yüksək dərəcəli konstruktorları, inteqrasiya olunmuş qurumların rəhbərləri, zavodların ETİ, KBB və Rusiya regionlarının idarələrinin rəhbərləri, eləcə də xarici ölkələrdən çoxsaylı rəsmi nümayəndə heyətləri fəal iştirak etmişlər.