10-12 sentyabr 2015-ci il tarixlərində Exclases Group-un ənənəvi olaraq iştirak etdiyi, tələbkar Rusiya ictimaiyyətinə AgustaWestland-ın AW139-unu təqdim etdiyi Jet Expo 2015 yubiley salonu keçirildi.
Özünün yüksək üslub və rahatlıq standartları ilə bütün dünyada VIP – müştəriləri fəth edən eksklüziv AgustaWestland – ın məhsul xəttinin şübhəsiz sevimlisi olan ikimühərrikli AW139 helikopteri ənənəvi olaraq Rusiya biznes – ictimaiyyətinin nümayəndələri və jurnalistlər arasında böyük marağa səbəb olmuşdur.