Sentyabrın 27-dən 29-a kimi “Vnukovo-3” biznes – aviasiya mərkəzinin ərazisində keçirilmiş Jet Expo 2012, 7-ci Beynəlxalq biznes – aviasiyası sərgisində təmtəraqlı premyeralardan biri AgustaWestland – Exclases Holdings eksklüziv distribütoru tərəfindən ən yeni helikopter olan – AW109 GrandNew-nun nümayişi oldu.
Yeni nəsil 109-lar helikopterlərinin nümayəndəsi – GrandNew – özünün sürəti və manevr qabiliyyəti ilə məşhur olan və VIP – müştərilər tərəfindən çox sevilən Grand helikopterinin əsasında işlənib hazırlanmışdır. GrandNew-nun premyera nümayişi sərgiyə gələn 10 000 ziyarətçi – işgüzar elitanın nümayəndələri və rusiyalı jurnalistlər arasında geniş əks-sədaya səbəb oldu..