16-18 sentyabr 2009-cu il tarixlərində Moskvada 4-cü illik Beynəlxalq biznes-aviasiyası Jet Expo sərgisi keçirildi, bu sərgi çərçivəsində İtaliyanın helikopter istehsalçısı olan AgustaWestland-ın eksklüziv distribyutoru Exclases Group statik ekspozisiyada VIP – komplektasiyasında ikimühərrikli AW109 helikopterini nümayiş etdirdi.
Geniş spektrli tapşırıqların yerinə yetirilməsi üçün ideal olan çoxməqsədli helikopter qonaqlar və sərgi iştirakçıları tərəfindən yüksək qiymətləndirildi. Ümumilikdə Jet Expo 2009-da statikada 17 təyyarə və helikopterləri təqdim edən 100-ə yaxın şirkət iştirak etmişdir.