HeliRussia helikopter sənayesinin 8-ci Beynəlxalq sərgisində, Exclases Group AW139-u VIP – tərtibatında və AW Family xəttinin əsas yeniliyini – 2014-cü ildə bazara çıxmış AW189 helikopterini nümayiş etdirdi.
Rusiya Federasiyası Hökuməti sədrinin müavini Dmitri Roqozin, Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov, Rusiya Federasiyası prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin, Rusiya Federasiyası Sənaye və ticarət nazirinin müavini Andrey Boqinski, Rusiya Federasiyası nəqliyyat nazirinin müavini Valeri Okulov, Helikopter Sənayesi Assosiasiyasının prezidenti, “Kamov” ASC-nin baş konstruktoru Sergey Mixeyev, “Rusiya helikopterləriı” SC-nin baş direktoru Aleksandr Mixeyev, Rusiya Federasiyası Hərbi Sənaye Komissiyası Kollegiyasının üzvü Mixail Kaştan, “Rostex” Dövlət korporasiyasının aviasiya layihələri üzrə icraçı direktoru Aleksey Fyodorov, AR BAK-ın sədri Vladimir Bespalov, Helikopter Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Mixail Kazakov və digər rəsmi şəxslər Exclases Group-un ekspozisiyasına baxış keçirdilər.
AgustaWestland-ın Rusiyadakı rəsmi nümayəndəsi Alberto Ponti məlumat verdi ki, dənizdə şelf işləri və 16 nəfər sərnişinin daşınması üçün nəzərdə tutulmuş helikopter Rusiya ictimaiyyətinə təqdim edilmişdir. Məhz bu versiya birinci növbədə Rusiyada sertifikatlaşdırmadan keçməlidir. Rusiyanın helikopter növünə sertifikatının 2015-ci ilin yayında alınacağı gözlənilir. Gələn ilin sonuna qədər HG-nin xilasetmə versiyası və buzlanmaya qarşı sistemi olan versiya sertifikatlaşdırmadan keçməlidir.
Avropanın Aviasiya Təhlükəsizliyi üzrə Agentliyinin (EASA) sertifikat növü
iki mühərrikli helikopter AW189 2014-cü ilin fevralında almışdır.