Moskvada 20 ölkədən 212 şirkəti bir araya toplamış HeliRussia 2014 7-ci Beynəlxalq helikopter sənayesi sərgisi çərçivəsində, Exclases Group Rusiyada istehsalı edilən AW139 ikimühərrikli çoxməqsədli helikopterini VIP – variantında təqdim etmişdir.
Ekspozisiyaya baxış keçirmişlər: Rusiya Federasiyası prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin, Rusiya Federasiyası Dövlət Dumasının Sənaye üzrə Komitəsinin sədri Sergey Sobko, sənaye və ticarət nazirinin müavini Yuri Slüsar, “Rostexnologii” DK-nın baş direktorunun birinci müavini Vladimir Artyakov, “MSK “Oboronprom” ASC-nin baş direktoru Dmitri Lelikov, “Rusiya helikopterləri” ASC-nin baş direktoru Aleksandr Mixeyev, FDUM “MAHİ”-nin baş direktoru Boris Alyoşin, Helikopter Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Mixail Kazakov və digər rəsmi şəxslər.