6-cı Beynəlxalq helikopter sənayesi sərgisinin əsas hadisələrindən biri “Rusiya Helikopterləri” ASC və AgustaWestland – «HeliVert» MM müştərək müəssisəsində Rusiyada yığılmış ən yeni çoxməqsədli AW139 helikopterinin təqdimatı olmuşdur.

 

Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov sərgini açaraq qeyd etmişdir: “Biz sizinlə birlikdə yeni layihələrin – ilk növbədə AgustаWestland ilə birgə layihələrin yaradılmasının şahidi olduq”. Yüksək xidmətlərinə görə AgustaWestland şirkətinin nümayəndələri Çezario Kaççi və Alberto Ponti “Rusiya Federasiyasının fəxri avia qurucusu” fərqlənmə nişanlarına layiq görüldülər.

 

Brifinqin keçirilməsi zamanı AgustaWestland-ın nümayəndələri bildirdilər ki, artıq bu ilin iyun ayında iki maşın sifariş etmiş müştəriyə Rusiya yığılması olan ilk AW139 çatdırılacaqdır. İkinci ona payızda veriləcəkdir. Birinci sifariş çərçivəsində bütün helikopterlər VIP-variantında hazırlanır və istənilən hava şəraitində uçuşların yerinə yetirilməsinə imkan verən tam olaraq buzlanmaya qarşı sistemlə təchiz edilmişdir.

 

HeliRussia 2013-ün işgüzar proqramı da uğurlu oldu: sərginin ilk günündə AgustaWestland helikopterlərinin Rusiyada eksklüziv distribütoru-Exclases Group şirkəti – Rusiya yığılması olan beş helikopterinin tədarükünə dair yeni müqavilə imzaladı. Maşınlar həm VIP, həm də nəqliyyat konfiqurasiyasında tədarük ediləcəklər.

 

HeliRussia 2013 ekspozisiyasında AW139-dan başqa – korporativ nəqliyyat, HG- nin təlim uçuşları qismində, həmçinin xidməti vəzifələrin – hüquq-asayiş qaydalarının qorunması patrul xidməti üçün uğurla istifadə edilə bilən – AW119 Koala helikopteri təqdim edildi.