2008-ci il mayın 17-də öz işini başa vurmuş HeliRussia 2008 Beynəlxalq helikopter sənayesi sərgisinin əsas hadisələrindən biri AgustaWestland şirkəti ilə “Rusiya Helikopterlər” ASC arasında tammiqyaslı əməkdaşlığın başlanmasına dair sazişin imzalanması oldu.
Əməkdaşlığın birinci mərhələsi 2012-ci ilə qədər təxminən 500 milyon avro dəyərində AgustaWestland tərəfindən istehsal olunan helikopterlərin Rusiyaya tədarükünü nəzərdə tutur. Növbəti mərhələlər, Rusiyanın ərazisində AgustaWestland helikopterlərinə texniki qulluq üzrə müştərək müəssisələrin yaradılmasını, son mərhələdə isə Rusiyada helikopterlərin birgə istehsalını nəzərdə tutur.