Exclases Group 2017-ci il mayın 25-dən 27-dək Moskvada keçirilən HeliRussia 2017 10-cu Beynəlxalq Helikopter Sənayesi Sərgisinin rəsmi tərəfdaşı oldu.

Avropa və Şimali Asiyanın, onun üçün yubiley ilində 12.000-dən çox insanın ziyarət etdiyi ən böyük helikopter sərgisində Exclases Group İtaliyanın Leonardo Helicopters (keçmiş AgustaWestland) şirkətinin üç helikopterini təqdim etdi: yüngül – AW109 GrandNew və AW119, həmçinin Rusiyanın yığılaraq quraşdırılması olan orta çoxməqsədli AW139.

 

İşgüzar proqram çərçivəsində Exclases Group və Leonardo Helicopters – in nümayəndələri bir sıra vacib görüşlər və danışıqlar apardılar, lakin biznes – ictimaiyyəti üçün əsl hadisə Leonardo Helicopters-ın Rusiyaya birinci super orta ölçülü AW189 helikopterinin tədarükü haqda elanın edilməsi oldu.

 

Helikopter Saxalin adasında neft-qaz sənayesinin maraqları üçün nəqliyyat əməliyyatlarının yerinə yetirilməsində istifadə olunacaqdır. Exclases Group, Rusiya və MDB – nin ərazisində Leonardo Helicopters-in eksklüziv distribyutoru kimi, ən yeni AW189 – un tədarükünü və satış sonrası dəstəyini, həmçinin uçuş və mühəndis-texniki işçi heyətinin təlimləndirilməsini təmin edəcəkdir.

 

Rusiya Prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin, Rusiya Federasiyasının sənaye və ticarət nazirinin birinci müavini Oleq Boçarov, RF-nın hərbi – texniki əməkdaşlıq üzrə Federal Xidmətinin direktor müavini Anatoli Punçuk, Rusiya Federasiyası Federal Hava Nəqliyyatı Agentliyinin rəhbərinin müavini Oleq Storçevoy, Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin Dövlət Siyasəti Departamentinin direktor müavini Boris Alyakritski, “Roste” DK – baş direktorunun müavini Dmitri Lelikov, “Rusiya Helikopterləri” ASC-nin baş direktoru Andrey Boqinski, “Aviakompaniya UTair” ASC-nin baş direktoru Andrey Martirosov, Helikopter Sənayesi Assosiasiyasının prezidenti, “Kamov” ASC-nin baş konstruktoru Sergey Mixeyev və Helikopter Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Mixail Kazaçkovdan ibarət rəsmi nümayəndə heyəti Exclases Group – un stendini ziyarət etdilər.