Mayın 19-dan 21-dək Moskvada – Rusiya və MDB ölkələrində AgustaWestland helikopterlərinin eksklüziv distribütoru – baş tərəfdaşı Exclases Group-un olduğu Avropanın 9-cu ən böyük Beynəlxalq helikopter sənayesi HeliRussia 2016 sərgisi keçirildi.

Exclases Group sərginin ziyarətçilərinə – bu il onların sayı 11 000 nəfərdən çox idi – Rusiyada ən məşhur olan orta iki mühərrikli AW139 və VIP – konfiqurasiyasında yüngül bir mühərrikli AW119Kе-ni nümayiş etdirdi.

Bu yaxınlarda dünya bazarına çıxmış – AW169 helikopterinin VIP – salonunun nümayişi də böyük marağa səbəb oldu: EASA sertifikatını o, 2015-ci ildə alıb. Rusiyada bu növdən olan HG-nin sertifikatlaşdırılması prosesinə rusiyalı operatorlardan qəti sifarişlərin alınmasından sonra başlanılması planlaşdırılır.

Hərbi-texniki əməkdaşlıq məsələləri üzrə Rusiya Prezidentinin köməkçisi Vladimir Kojin, Rusiyanın Hərbi – sənaye Komissiyasının Kollegiyasının üzvü Mixail Kaştan, Rusiyanın Sənaye və Ticarət nazirinin birinci müavini Qleb Nikitin, Rusiyanın HTƏFX-nin direktor müavini Anatoli Punçuk, İttifaq dövlətinin Dövlət katibinin müavini Aleksey Kubrin, “Rosaviasiya”nın rəhbərinin müavini Oleq Storçevoy, “Rusiya Helikopterləri”nin baş direktoru Aleksandr Mixeyev və HSA-nın İdarə Heyətinin sədri Mixail Kazaçkov HeliRussia 2016-da Exclases Group – un stendini ziyarət etdilər.