2014-cü il sentyabrın 4-dən 6 – a kimi Moskvada keçirilmiş Jet Expo 9-cu Beynəlxalq biznes – aviasiyası sərgisində Exclases Group Rusiyada AW139 helikopterlərinə texniki qulluğun göstərilməsi üçün yeni servis mərkəzinin işə başlamasını elan etdi. O, həm Rusiya, həm də İtaliya istehsalı olan AV139 orta helikopterlərinin müxtəlif modifikasiyalarının hərtərəfli servis dəstəyini həyata keçirəcək və texniki qulluğunu təmin edəcəkdir.
Servis mərkəzinin açılışına hazırlaşaraq HeliVert-in mütəxəssisləri İtaliyada kompleks şəklində təlim keçmişlər və Rosaviasiya Komissiyası tərəfindən aparılmış auditdən sonra AW139 tipli helikopterlərin tam servis – texniki qulluğuna icazə almışlar.
Exclases Group 2008-ci ildən etibarən Helivert -in istehsalı olan helikopterləri Rusiya bazarında tanıtdırır. Xüsusilə də, müxtəlif komplektasiyalarda – VİP, 12-15 yerlik sərnişin, tibbi təxliyyə, axtarış və xilasetmə ehtiyacları üçün – AW139 helikopterlərini tədarük edir. Helikopterin kreyser sürəti 306 km/saata çatır, uçuş məsafəsi 927 kilometr, onun davam etmə müddəti isə – 5 saat təşkil edir.