AW189
AWFamily ailəsinə mənsub olan AW189 (8,3/ 8,6 t) helikopteri yüksək yük daşıma qabiliyyətini və uzun uçuş məsafəsini geniş problemləri müvəffəqiyyətlə yerinə yetirmək üçün qabaqcıl texnologiyalarla birləşdirir. Helikopterin unikal xüsusiyyətləri – quraşdırılmış köməkçi güc qurğusu (KGQ) və baş reduktorun 50 dəqiqə ərzində yağsız işləmə qabiliyyətidir. Yeni Safran Aneto-1K mühərriki ilə təchiz olunmuş AW189 helikopteri, daha yüksək temperatur və daha artıq yüksəkliklər şəraitində helikopterin istismar imkanlarını genişləndirir.
Korporativ/VIP
AW189 helikopteri ayrılmaz hissəsi komfort, üslub və detallara diqqət zərif interyer dizaynına malik lüks helikopterdir. Öz sinifində ən yaxşı sürət və aşağı vibrasiya və səs-küy, italyan keyfiyyəti ilə yanaşı, sərnişinlərə unudulmaz uçuşa zəmanət verməklə müstəsna komfortu təmin edir.
Helikopterin hər bir detalı müştərinin ən yüksək gözləntilərinə cavab verir. Bütün dünyada sifarişçilərlə işləyən təcrübəli dizayner komandaları keyfiyyətli avadanlıqların və zəruri seçimlərin mükəmməl birləşməsinə kömək edəcəklər. AW189 helikopteri şəxsi qurğularla simsiz inteqrasiyanı dəstəkləyən ən yeni multimedia sistemləri ilə təchiz olunmuşdur ki, bu da rahatlıq, üslub və keyfiyyətin mükəmməl birləşməsini təmin edir.
Axtarış-xilasetmə və tibbi (EMS/SAR)
AW189 helikopteri öz sinifində ən yaxşı sürəti, uçuş məsafəsi, yük daşıma qabiliyyəti ilə fərqlənir və mürəkkəb axtarış-xilasetmə əməliyyatlarında (SAR) və hətta buzlanma şəraitində də tibbi təxliyədə (MEDEVAC) ən yüksək məhsuldarlığı təmin edir. Uçuşun uzun müddətli olması tibbi və xilasetmə əməliyyatlarının həyata keçirilməsində çox nəhəng üstünlüklər təmin edir.
AW189 helikopteri təkmilləşdirilmiş vəziyyət məlumatlılığını təmin etmək üçün geniş spektrli sensorlar və üstün texnologiyanı özündə birləşdirən tam rəqəmsal monitor ekranına malik ən müasir avionikaya malikdir. Elektrik problemi yarandığı handa, KGQ, uçuşda xilasetmə avadanlıqlarının (elektrik bucurqadları və fənərlər), radio qəbuledicilərinin və tibbi qurğuların davamlı işini təmin edəcək.
AW189 helikopteri öz sinfində ən böyük salona və eləcə də salondan və iki xarici qapıdan girişi olan geniş baqaj bölməsinə malikdir. Helikopter 9 nəfərə qədər adamla birlikdə 3 xərək və tam tibbi yardım avadanlıq komplekti tutur. Böyük siyirtmə qapıları yükün qalxması zamanı xərəklərin asan qaldırılmasını təmin edir.
Qabaqcıl avionikanın köməyi ilə uçuş idarəetmə konsolu və ekipaj kabinəsi vahid rəqəmsal mühitə inteqrasiya edilmişdir. AW189 helikopteri istənilən ətraf mühit şəraitində axtarış-xilasetmə əməliyyatlarının (SAR) kritik mərhələlərinin avtomatlaşdırılması üçün bazarda ən yaxşı həll yolları təklif edir.
Dəniz qazma platformalarına xidmət üçün
AW189 helikopteri uzaq məsafələrdə əməliyyatlar üçün idealdır və istənilən hava şəraitində, gündüz və gecə işləyə bilir, və hətta havada asılı qalma və mühərrikin dayanması zamanı belə yüksək sürət və əla xarakteristikalar təmin edir. Helikopter dəniz əməliyyatlarının uğurla həyata keçirilməsi üçün bütün lazımi avadanlıqlar və avionikalarla, həmçinin sərnişinlərə rahat uçuş təmin edən geniş kabinə ilə təchiz olunub.
AW189 helikopteri Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA)/Federal Aviasiya Administrasiyasının (FAA) nəqliyyat kateqoriyasındakı ən son düzəlişlərinin bütün uçuşa yararlılıq tələblərinə cavab verir və ona əksər iri neft və qaz şirkətlərinin IOGP tələblərinə cavab vermək imkanı verir.
AW189 helikopteri standart olaraq 16 oturacaqla öz sinfində ən geniş kabinəyə malikdir, daha sıx oturacaqlarla 19 nəfər tutacaq qədər genişləndirilə bilər. Sıxılmış şüşəsi olan böyük pəncərələr IV tipli qəza çıxışlarının tələblərinə tam cavab verir. Salonu tibbi təxliyə həyata keçirmək üçün sürətlə yenidən konfiqurasiya etmək olar. Helikopter sərnişinlərin yüngül girişi və çıxışı üçün böyük hərəkətli qapılarla, həmçinin hər iki tərəfdən əlçatan geniş tutumlu baqaj bölməsi ilə təchiz olunub.
Yastı döşəməli geniş salon axtarış-xilasetmə əməliyyatları üçün yenidən konfiqurasiya edilə bilər. AW189 helikopteri digər helikopterlər üçün mümkün olmayan şərtlərdə işləmək məqsədilə məhdud fəaliyyət göstərən buzlanma əleyhinə sistemə (LIPS) əlavə olaraq tam funksiyalı buzlanma əleyhinə sistemə (FIPS) malik orta çəki kateqoriyasında yeganə helikopterdir.
AW189 / Texniki xüsusiyyətləri
Çəki xüsusiyyətləri | ||||
Maksimal uçuş çəkisi (daxili yükləmə) | 8 300 | kq | ||
*AW189K üçün 8,600 kq | ||||
Artırılmış havalanma çəkisi (əlavə imkan) | 8 600 | kq | ||
Güc qurğusu 2 x General Electric CT7-2E1 и 1 x Safran e-APU (60 kW) или 2 x Safran Aneto-1K и 1 x Safran e-APU (60 kW) | ||||
Ekipaj | ||||
Piilot / Sərnişinlər | 1-2 / 19 nəfərə qədər | |||
Uçuş-texniki xüsusiyyətləri | ||||
Texniki sürəti (ISA, MGW, SL, MCP) | 287 | km/s |
Texniki və istismar xüsusiyyətləri istehsalçı tərəfindən əvvəlcədən bildiriş verilmədən dəyişdirilə bilər.
Illüstrasiyaların tərkibində əlavə konfiqurasiyaya daxil olan və əlavə sertifikatlaşdırma tələb edən avadanlıq təsvir edilə bilər.