AW119Kx

AW119Kx – A119Koala bazasında istehsal olunan yeni nəsil helikopterlərdir.
AW119Kx əməliyyat xərclərinin aşağı səviyyədə olmasını qorumaqla bərabər təhlükəsizlik, məhsuldarlıq, səmərəlilik və etibarlılıq göstəricilərini nümayiş etdirən təkmühərrikli helikopterlərin mükəmməlliyinin zirvəsidir. Geniş kabinə müxtəlif missiyalar üçün salonun formasının sürətlə dəyişdirilməsinə imkan verir. Universallıq və yüksək iqtisadi səmərəlilik bu helikopterin geniş tapşırıqlar diapazonu üçün tətbiq edilməsinə imkan verir.
Fərdi sahibkarlar və korporativ sifarişçilər pilot kabinəsindən ayrı yerləşən “klub” salonunun üstün konfort səviyyəsini qiymətləndirə bilərlər. Geniş tutumlu, rahat yerləşmiş baqaj bölməsi 150 kq-a qədər yük tutur. Böyük həcmli faydalı yük tutumu uzun məsafə qət edə bilmə qabiliyyəti ilə birlikdə helikopterin dəniz əməliyyatlarında uğurla tətbiq olunmasına imkan verir.
Axtarış-xilasetmə/tibbi konfiqurasiyada helikopterə rahat şəkildə iki cüt xərək, bütün lazımi avadanlıqlar və iki tibb işçisi yerləşir.
Əməliyyat xərcləri, səmərəliliyi və uçuş xarakteristikaları müqayisə edildikdə AW119Kx oxşar modellərdən daha böyük üstünlüyə malıikdir.

Korporativ/VIP

Cütmühərrikli AW109 helikopterinin ölçüsünə bənzər səciyyəvi geniş tutumlu salon sayəsində AW119Kx helikopteri 5-7 nəfər sərnişini, həmçinin ayrıca baqaj bölməsində yükləri rahat və sürətlə daşıya bilər. Leonardo Helicopters öz sifarişçilərinə geniş çeşidli interyer və eksteryer dizayn seçimi, habelə xüsusilə tələbkar sifarişçilər üçün fərdi həll yolları təklif edir.

Axtarış-xilasetmə və tibbi (EMS/SAR)

Nəqliyyat variantından tibbi varianta çevrilə bilən, iki cüt xərək, iki tibb işçisinin yerləşdirilməsinə imkan verən, xəstələrə yolda qulluq etmək üçün lazımi avadanlıqların yerləşdirilməsinə imkan verən, habelə zərərçəkənlərə tam giriş imkanı verən bənzərsiz kombinasiyaya malikunikal salon quruluşu.

Yanğınsöndürmə

AW119Kx helikopteri yanğının söndürülməsi üçün standart yanğınsöndürmə səbəti və ya xüsusi hazırlanmış 323 Fire Attack System (designed by Simplex) innovativ yanğınsöndürmə sistemi ilə təchiz edilə bilər. Bu sistem yanğınların söndürülməsi məqsədilə yanğın baş verən yerə tez çatmaq üçün uçuş sürətini artırmağa imkan verir. Həmin sistemin quraşdırılması və sökülməsi xüsusi alətlərdən istifadə olunmadan 15 dəqiqə ərzində yerinə yetirilir.

İctimai asayişin qorunması

AW119Kx helikopterinin vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla yaradılmış hüquq-mühafizə orqanlarının ictimai sasyişi qoruması üçün xüsusi konfiqurasiyası infraqırmızı FLIR / LLTV kameralar, proyektor, səsgücləndiricilər və desant çıxarılması üçün qarmaqlar kimi xüsusi avadanlıqlarla təchiz edilə bilər.

Sahilboyu zonada yükdaşımalar

AW119Kx helikopterinin dəniz qazma platformaları üçün nəzərdə tutulmuş konfiqurasiyası dəniz əməliyyatları zamanı aviasiya texnikasına qoyulan sərt tələblərə tam cavab verir. Bu helikopter öz sinifində olan helikopterlər arasında ən böyük salona və baqaj bölməsinə malikdir. Verilən missiyanı yerinə yetirmək üçün AW119Kx helikopteri kondisioner, SAS sistemi, TAS sistemi və ELT qəza radiomaykası ilə təchiz edilə bilər.

AW119Kx / Avionika

  • 3-oxlu avtopilot
  • ELT
  • Garmin G100H (TM) Integrated Flight Deck
  • 2 LCD monitor
  • Yerlə toqquşma barədə xəbərdarlıq sistemi
  • Uçuş məlumatlarının SD kart vasitəsilə yüklənməsi

AW119Kx / Texniki xüsusiyyətləri

 

Çəki xüsusiyyətləri
Maksimal uçuş çəkisi (daxili yükləmə) 2 850 kq
Maksimum uçuş çəkisi (xarici asma yük) 3 150 kq
Boş helikopterin çəkisi 1 680 kq
Güc qurğusu (Pratt & Whitney PT6B-37A)
Maksimal uçuş gücü 1 002 a.g
Maksimal davamlı güc 872 a.g
Sürətötürücü güc
Maksimal uçuş gücü 917 a.g
Maksimal davamlı güc 900 a.g
Yanacağın miqdarı
3 çənli sistem 484 kq
4 çənli sistem 568 kq
5 çənli sistem 696 kq
Ekipaj
Piilot / Sərnişinlər 1-2 / 7-6
Uçuş-texniki xüsusiyyətləri (ISA, 2850 kq/5622 funt)
Maksimal texniki sürəti (S.L.) 243 km/s
Maksimal uçuş məsafəsi (5 çənli sistem ) 954 km
Qalxma sürəti (S.L.) 9.1 m/san
Havada dayanma hündürlüyü IGE 3 352 m
Havada dayanma hündürlüyü OGE 2 225 m
Praktik maksimal hündürlük 4 999 m
Maksimal uçuş müddəti (5 çənli sistem) 5 saat 20 dəqiqə

 

Texniki və istismar xüsusiyyətləri istehsalçı tərəfindən əvvəlcədən bildiriş verilmədən dəyişdirilə bilər.
Illüstrasiyaların tərkibində əlavə konfiqurasiyaya daxil olan və əlavə sertifikatlaşdırma tələb edən avadanlıq təsvir edilə bilər.