GrandNew
Купить вертолет GrandNew
Grandnew – 109-cu helikopterlərin yeni nəslinin nümayəndəsidir. Baza olaraq özünü sübut etmiş Grand helikopterindən istifadə edilmişdir. Kompozit materiallardan hazırlanmış gövdə, tam rəqəmsal monitor indeksli (Glass Cockpit) kokpit, Chelton FlightLogicTM Synthetic Vision EFIS sistemi, yeni 4-oxlu rəqəmsal avtopilot bu sinif helikopterləri indiyə qədər əldə etmək mümkün olmayan təhlükəsizlik səviyyəsinə keçməsinə imkan verdi. Ən yeni texnologiyalardan istifadə etməklə hazırlanmış Grandnew rəqabətsiz uçuş-texniki göstəriciləri təmin edir, tutumlu salona malikdir tətbiq sahələrinin universallığı isə bu modeli ən geniş problemlərin həllində əvəzsiz edir.
Axtarış-xilasetmə və tibbi (EMS/SAR)
Böyük güc, üstün TUG, ən müasir avionika, transformasiya olunan salon axtarış-xilasetmə və tibbi missiya çərçivəsində istənilən problemi həll etməyə imkan verir. Yüksək məhsuldarlıq və misli-bərabəri olmayan statistik məlumatlılıq səviyyəsi Grandnew helikopterinə ən sərt şəraitdə, o cümlədən böyük yüksəkliklərdə və çətin hava şəraitində təhlükəsiz işləməyə imkan verir.
Korporativ/VIP
Sizin rahatlığınızın yeni səviyyəsi. Aşağı səs-küy və vibrasiya səviyyəsi, geniş və zərif salon müştərilərə üstün və əvvəllər əlçatmaz rahatlıq səviyyəsi təklif etməyə imkan verir. Bir mühərriklə uçuş imkanı ən müasir avionika ilə yanaşı, Grandnew elikopterini ən yüksək təhlükəsizlik səviyyəsinə çatdırır.
Sahilboyu zonada yükdaşımalar
Məhsuldarlıq ən yüksək səviyyədə. Grandnew şelfdə işləmək üçün lazım olan sərt təhlükəsizlik standartlarını təmin etmək üçün nizamlana bilər. Unikal məhsuldarlıq göstəriciləri yüksək temperaturda belə əməliyyatın təhlükəsizliyini təmin edir. Dəniz bazarı üçün xüsusi hazırlanmış yeni interyerdə yüksək sürət və 7-yə qədər sərnişin daşımaq imkanı öz sinifində ən aşağı yanacaq xərcləri ilə birləşdirilmişdir.
İctimai asayişin qorunması
Xüsusi konfiqurasiyada Grandnew helikopterləri hüquq-mühafizə orqanları üçün ideal həll yoludur. Pilotun aşağı iş yükündə işləməsini və yüksək əməliyyat məlumatlılığını, böyük və rahat salonu və ciddi faydalı yük göstəricilərini, xüsusi əlavə seçimləri təmin edən yeni avionika paketi – bütün bunlar Grandnew helikopterlərini bu növ tapşırıqların yerinə yetirilməsində mütləq lider edir.
GrandNew / Avionika
- 20 il sonranın aviasiya uçuş qabiliyyəti normalarına cavab verir
- Gələcəyimizə qayğı ilə birlikdə güc – ətraf mühitə mümkün olan minimum təsirlə maksimum mümkün göstərici və xarakteristika deməkdir.
- Dizayn mərhələsində təhlükəsizlik – zərbəyə davamlı sistemlərlə birgə kapsul tipli möhkəm gövdədir.
- Havaya qalxdığı andan enişin özünə qədər avtomatik naviqasiya
- “Şüşə kokpit” prinsipinə görə avionika ekipaj yükünün əhəmiyyətli dərəcədə azalması və gözəl görünüş bucağıdır.
- Pilotu üçün təkmilləşdirilmiş vəziyyət məlumatlılığı uçuşları yerinə yetirərkən mümkün olan maksimum təhlükəsizlik səviyyəsinə nail olmağa imkan verir.
Əsas
SVS sistemləri – texniki görmə sistemi:
- Sintetik görmə sistemi ilə təchiz olunmuş yüngül çəki kateqoriyalı ilk helikopter
- Realist topoqrafik vəziyyəti əks etdirir
Səmada yol (HITS)
- Daxil edilmiş uçuş planına uyğun olaraq hava marşrutunun üç ölçülü şəklini təqdim edir
- Təkmilləşdirilmiş ön baxış sistemi (EVS)
- Sistem gecə-gündüz uçuşlarda təhlükəsizliyi yaxşılaşdırır və pis görüntü şəraitində tam vəziyyət məlumatlılığını təmin edir. Qaranlıqdan, buluddan, dumandan, tozdan keçərkən sanki günəşli bir gündə uçursunuzmuş kimi uçuş edin.
Ərazinin relyefi haqqında xəbərdarlıq sistemi (HTAWS)
- Ərazinin relyefi haqqında ətraflı və hərtərəfli məlumat pilotların vəziyyət barədə daha tam məlumatlılığı ilə uçuşların həyata keçirilməsinin təhlükəsizliyini kəskin artırır.
- Məlumat kokpit displeylərindən birinə çıxarılır və pilotlara səthlə toqquşma təhlükəsi olduqda xəbərdarlıq edir.
GrandNew / Texniki xüsusiyyətləri
Çəki xüsusiyyətləri | ||||
Maksimal uçuş çəkisi (daxili yükləmə) | 3 175 | kq | ||
Maksimum uçuş çəkisi (xarici asma yük) | 3 200 | kq | ||
Güc qurğusu (Pratt & Whitney PW207C) | ||||
Maksimum uçuş gücü (5 dəqiqə) | 2x 735 | a.g | ||
Maksimal davamlı güc | 2x 625 | a.g | ||
Sürətötürücü güc | ||||
Maksimal uçuş gücü | 960 | a.g | ||
Yanacağın miqdarı | ||||
3 çənli sistem | 575 | l | ||
4 çənli sistem | 669 | l | ||
5 çənli sistem | 805 | l | ||
Ekipaj | ||||
Piilot / Sərnişinlər | 1-2/ 7-6 | |||
Uçuş-texniki xüsusiyyətləri (ISA, 3175 kg) | ||||
Maksimal texniki sürəti (S.L.) | 289 | km/s | ||
Yerin təsir zonasında havada asılma hündürlüyü | 4 750 | m | ||
Havada asılma hündürlüyü yerin təsir zonasından kənarda | 3 050 | m | ||
Praktik maksimal hündürlük | 4 880 | m | ||
Maksimal uçuş məsafəsi (5 çənli sistem ) | 859 | km | ||
Maksimal uçuş müddəti (5 çənli sistem) | 4 saat 31 dəqiqə |
Texniki və istismar xarakteristikaları istehsalçı tərəfindən əvvəlcədən bildirilmədən dəyişdirilə bilər.
Illüstrasiyaların tərkibində əlavə konfiqurasiyaya daxil olan və əlavə sertifikatlaşdırma tələb edən avadanlıq təsvir edilə bilər.
Əgər hər hansı bir sualınız yaranarsa, əks əlaqə formasından istifadə edin