2010-cu il mayın 20-dən 22-ə kimi HeliRussia 2010 3-cü Beynəlxalq helikopter sənayesi sərgisində Exclases Holdings iki helikopteri, sonuncusunu Rusiya ictimaiyyətinin ilk dəfə gördüyü – AW109 və AW139-u təqdim etdi.
Şirkətin stendini Rusiya Federasiyasının Sənaye və ticarət naziri Denis Manturov, Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Valeri Okulov, “MSK “Oboronpromi”un baş direktoru Andrey Reus, Helikopter Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Mixail Kazakov və digər rəsmi şəxslər ziyarət etdilər.
HeliRussia 2010-un ilk iş günündə AgustaWestland və “MSK”Oboronprom” ASC Rusiyada İtaliyanın AW139 helikopterlərinin yığılması mərkəzinin tikintisi üzrə texniki tapşırıqları imzaladılar. Sənədin altında AgustaWestland -ın icraçı direktoru Cuzeppe Orsi və “MSK Oboronprom” ASC-nin baş direktoru Andrey Reus öz imzalarını qoydular.