19-21 may tarixlərində Moskvada keçirilmiş HeliRussia 2011, 4-cü Beynəlxalq helikopter sənayesi sərgisində AgustaWestland özünün eksklüziv distribyutoru – Exclases şirkəti ilə iki AW139-un tədarükünə dair müqavilə imzaladı.
Exclases – in ən vacib sifarişçiləri sırasında hökumət avia dəstəsi üçün iki AW139 helikopterlərinin tədarükünə dair müqavilə bağlamış “Rossiya” aviaşirkəti yer alır.
Həmçinin, HeliRussia sərgisində istehsalçı tərəfindən ilk icazəsi verilmiş AW139.helikopterlərinin texniki qulluq mərkəzinin meydana çıxması haqda məlumat verildi. O, HeliClub ticarət nişanı altında fəaliyyət göstərən Moskva yaxınlığındakı “Aviaservis” helikopter operatorunun istehsal obyektlərində yaradılmışdır.
Rusiya Federasiyası Hökuməti sədrinin müavini Sergey İvanovun başçılıq etdiyi nümayəndə heyəti şirkətin stendini ziyarət etdi. Ekspozisiyaya həmçinin Rusiya Federasiyası Sənaye və Ticarət Nazirinin birinci müavini Andrey Dementyev, Rusiya Federasiyası Prezidentinin Privoljye Federal dairəsindəki səlahiyyətli nümayəndəsi Qriqori Rapota, Rusiya Federasiyası Hökuməti yanında Hərbi-sənaye komissiyası sədrinin birinci müavini Yuri Borisov, Rusiya Federasiyası nəqliyyat nazirinin müavini Valeri Okulov, Rusiya Federasiyası Müdafiə Nazirliyinin hərbi aviasiyanın döyüş tətbiqi Mərkəzinin rəisi, general-mayor Aleksandr Çernyayev, Helikopter Sənayesi Assosiasiyasının prezidenti, Rusiyanın qəhrəmanı Sergey Mixeyev, “MSK “Oboronprom”-un baş direktoru Andrey Reus, “Rusiya Helikopterləri” ASC-nin baş direktoru Dmitri Petrov, Helikopter Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Mixail Kazakov və digər rəsmi şəxslər baxış keçirdilər..