7-9 sentyabr 2017-ci il tarixlərində “Vnukovo-3” biznes – aviasiya mərkəzində keçirilmiş Jet Expo 2017 Beynəlxalq biznes aviasiya sərgisində Exclases Group İtaliyanın Leonardo Helicopters şirkətinin AW139 və AW119Ke helikopterlərini təqdim etmişdir.
Helikopter texnikasının fərdi sahibləri və operatorları şirkətin stendində təqdim olunan bir mühərrikli AW119Ke-nin “klub” kabinəsinin mükəmməl komfort səviyyəsini və ən sürətli mülki helikopter olan AW139-un – statika rejimində çox iti axarlı formasını qiymətləndirə bildilər.
Exclases Group sərginin qonaqları və ziyarətçilərinin diqqətinə aviasiya texnikası bazarında ehtiyat hissələri və avadanlıqların tədarükü, həmçinin müxtəlif təlim proqramlarının təşkil edilməsi məsələlərində müştərilərin tam olaraq dəstəyini təmin edən ən yaxşı xidmət paketlərini təqdim etdi.