2018-ci il mayın 24-dən 26-dək “Krokus Expo” BSM-də keçirilən HeliRussia,11-ci beynəlxalq helikopter sənayesi sərgisində Exclases Group Rusiyada ilk dəfə FirstFlight aviasiya trenajorunu nümayiş etdirdi. O, helikopterin kabinasını modelləşdirir və Leonardo helikopterlərinin müxtəlif modellərinə uyğun olaraq konfiqurasiya edilə bilər.
First Flight aviasiya trenajoru HeliRussia 2018 sərgisinin yeniliyi və peşəkarlarda böyük marağa səbəb oldu. Trenajor baza prosedurlarının məşq edilməsi, cihazlar və avionika ilə tanışlıq, avtopilotun işinin məntiqinin öyrənilməsi üçün nəzərdə tutulmuşdur. O, ən müxtəlif təlim vəzifələrini öyrənməklə onların yerinə yetirilməsinə imkan verir.
FirsftFlight trenajorunun üstünlüyü helikopterin idarə edilməsinin öyrədilməsində, həmçinin pilotların yenidən hazırlanmasında onun nisbi sadəliyi və əlverişli olmasıdır. Trenajorun tərkibinə “taç-skrin” funksiyalı displeylər daxildir, proyektorun quraşdırılması mümkündür.
Təqribən 12 000 nəfərə yaxın olan HeliRussia 2018-in ziyarətçiləri həm də Leonardo brendinin bütün fərqləndirici xüsusiyyətlərini: sürəti, gözəlliyi, gücü və dinamikanı özündə birləşdirən GrandNew helikopteri ilə tanış olmaq imkanını əldə etdilər.
Exclases Group, həmçinin HeliRussia 2019 işgüzar proqramı çərçivəsində keçirilən “Rusiyanın Sanitariya aviasiyası və tibbi təxliyyə” elmi-praktiki konfransının tərəfdaşı oldu.
Exclases Group-un sponsorluq dəstəyi sayəsində Leonardo Helicopters-in sanitariya aviasiyası istiqamətinin direktoru Domeniko Bubbiko helikopter sanitar aviasiyasına cəlb olunmuş personalın təlimləndirilməsi təcrübəsi haqda danlşaraq konfrans iştirakçılarının qarşısında çıxış etdi. Həmçinin, Exclases Group-un dəvəti ilə gəlmiş İsveçrənin REGA xilasetmə şirkətinin inkişaf üzrə direktoru Ştefan Bekker yüksək dağlıq şəraitində tibbi və xilasetmə işlərinin yerinə yetirilməsi ilə bağlı əməkdaşların təlimi ilə əlaqədar nüanslarlarla paylaşdı.