16-18 may 2019-cu il tarixlərində Moskvada HeliRussia helikopter sənayesinin XII beynəlxalq sərgisi keçirilmişdir. 20 ölkədən olan 234 şirkətin iştirak etdiyi irimiqyaslı tədbirin təşkilatçısı kimi Rusiyanın Sənaye Ticarəti Nazirliyi çıxış etmiş, tərəfdaşlardan biri isə Exclases Group şirkətlər qrupu olmuşdur.

 

VIP konfiqurasiyada AW139-un təqdim olunduğu Exclases Group stendini Rusiya Federasiyası müdafiə və təhlükəsizlik üzrə Federasiya Şurası Komitəsi sədrinin birinci müavini Vladimir Kojin, Rusiya Federasiyası Sənaye və ticarət nazirinin müavini Oleq Boçarov, Rusiya Federasiyası Nəqliyyat nazirinin müavini Aleksandr Yurçik, hava nəqliyyatı Federal Agentliyi rəhbərinin müavini Oleq Storçevoy, Rusiya FTX Aviasiya İdarəsinin rəisi Boris Danilov, BAK-ın Prezidentinin elm və texnologiyalar üzrə müşaviri Boris Aleşin, “Rusiyanın Helikopterləri” holdinqinin baş direktoru Andrey Boginski, eləcə də Helikopter Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Mixail Kazakov ziyarət etmişlər.

 

“HeliRussia 2019” işgüzar proqramı çərçivəsində Exclases Group-un aerotibbi modulunu nümayiş etdirdiyi “Rusiyanın Sanitariya aviasiyası və tibbi təxliyyə” mövzusunda elmi-praktiki konfrans keçirildi. O AW139-un geniş salonunun içərisində 3 xərəyə qədər quraşdırılmasına və 5 nəfər tibb işçilərinin rahat işləmələrinin təmin
edilməsinə imkan verir. Modul elə tərzdə layihələndirilmişdir ki, dayanıqlı elektrik təchizatı sayəsində o tibbi avadanlıqların fasiləsiz işləməsini təmin edir, onun rahat bölmələri oksigen balonlarını təhlükəsiz qaydada yerləşdirməyə imkan verir.

 

Görüşdə iştirak edən həkimlər, təcili tibbi yardımın göstərilməsini yüksək səviyyədə təmin edən Exclases Group tərəfindən təqdim olunan avtonom aerotibbi modulu yüksək qiymətləndirdilər.